Ektor Kuper əlini Azərbaycana uzatdı
28.07.2009 - 13:43
Ektor Kuper əlini Azərbaycana uzatdı
Zaqatalanın “Simurq” klubunun müdafiəçisi Teymuraz Qonqadze Gürcüstan yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkə yığmasının argentinalı çalışdırıcısı Ektor Kuper Azərbaycanda çıxış edən futbolçunu avqustun 12-də Malta ilə yoldaşlıq görüşünə dəvət edib.

Qonqadze yeni keçdiyi “Simurq”dan başqa ölkənin yığmasına çağırılan ilk futbolçu olacaq. Ancaq ona Kaxa Kaladze, Aleksandr İaşvili kimi məşhur həmyerliləri ilə yanaşı millidə oynamaq nəsib olmayacaq. Belə ki, Kuper “Milan”ın müdafiəçisi ilə “Karlsrue”nin hücumçusuna ehtiyac duymayıb.

Qeyd edək ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsində 8-ci qrupda yer alan Gürcüstan növbəti rəsmi oyununun sentyabrın 5-də evdə İtaliya yığması ilə keçirəcək.
0