Milli komandamıza Almaniya ilə oyuna Lənkərandan yollanacaq
28.07.2009 - 15:35
Milli komandamıza Almaniya ilə oyuna Lənkərandan yollanacaq
Azərbaycan milli komandası sentyabrda Almaniya yığması ilə səfər oyununa Lənkərandan yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 5-də Finlandiya ilə ev oyununu Lənkərandakı mərkəzi stadionda keçirəcək yığmamız ertəsi gün xüsusi reyslə səfərə çıxacaq. Sentyabrın 9-da milli komandamız Hannover şəhərindəki “AWD Arena” stadionunda almanların qonağı olacaq.

AFFA həmin rəsmi görüşə yollanmaq istəyən azarkeşlərə müraciət edib. Belə ki, milli komandamızla birgə Almaniyaya gedərək futbolçularımıza dəstək olmaq istəyən azarkeşlərin diqqətinə Hannoverə gediş-gəliş haqqının 380 manat təşkil etdiyi çatdırılır. Yəni AFFA bunu öz üzərinə götürsə də, digər xərclər azarkeşlərin öhdəsinə düşür. Səfərlə bağlı məlumat əldə etmək istəyənlər AFFA-nın rəsmisi İlqar Əliyevə müraciət edə bilərlər.
0