“Neftçi”nin futbolçusu Braziliya yığmasına qarşı
28.07.2009 - 15:52
“Neftçi”nin futbolçusu Braziliya yığmasına qarşı
Azərbaycanda top qovan 2 futbolçu Latviya yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkov Avroliqada uğursuz çıxış edən “İnter” və “Simurq”un yarımmüdafiəçiləri Andrey Rubinlə Gennadi Solonitsına dəvət göndərib. Rubin artıq bir ildir ölkəmizdə çıxış etdiyi halda, Solonitsın bu yay transfer olunub və yalnız İsrailin “Bney Yehuda” klubu ilə Avroliqa oyunlarda forma geyinib.

Onlar avqustun 12-də Bolqarıstanla Sofiyadakı yoldaşlıq görüşündə iştirak edəcəklər. “Simurq”un rəsmi müqavilə bağlamaq üçün Bakıya dəvət etdiyi, ancaq sonda anlaşa bilmədiyi Latviyanın “Metallurq” klubunun hücumçusu Girts Karlsons da dəvətlilər sırasında yer alıb. Sofiyadakı oyuna 18 futbolçunun adını açıqlayan Starkov daha iki namizədi sonradan müəyyənləşdirəcək.

Ölkəmizdə çıxış edən Baltikyanı ölkənin daha bir təmsilçisi – Dmitri Kruqlov da gələn ay keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb. “Neftçi”nin estoniyalı müdafiəçisi Braziliya yığması ilə oyuna çağırılıb. Estonlar beşqat dünya çempionlarını qəbul edəcək.
0