“Bakı”nın çempionatda neçənci yeri tutması elə də önəmli deyil”
28.07.2009 - 16:00
“Bakı”nın çempionatda neçənci yeri tutması elə də önəmli deyil”
“Bizim əsas missiyamız məhz avrokuboklarda uğurlu çıxışdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri son Azərbaycan çempionu “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Azərbaycanı Çempionlar Liqasında uğurla təmsil edən paytaxt təmsilçisi indiyədək 2 dəfə ölkə çempionu, 1 dəfə ölkə kubokunu qazansa da, Məmmədov avrokuboklarda uğur əldə etməyə iddialıdır: “Şəxsən mənim üçün komandanın ölkə çempionatında hansı yeri tutması elə də önəmli deyil. Ən əsası, Azərbaycanı Avropa arenasında necə təmsil etməyimizdir. Çox şadam ki, ötən həftə azarkeşlərə sevinc bəxş etdik”.

Qeyd edək ki, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə çıxan ilk klubumuz olan “Bakı” bu gün Bolqarıstanın “Levski” komandası ilə ilk sınağa çıxacaq. Sofiyadakı cavab görüşü avqustun 5-də keçiriləcək.
0