“Olimpik-Şüvəlan” 3 yeni futbolçu ilə 3 top buraxdı
28.07.2009 - 16:14
“Olimpik-Şüvəlan” 3 yeni futbolçu ilə 3 top buraxdı
Gürcüstanda təlim-məşq toplanışında olan "Olimpik-Şüvəlan" növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Bolnisi şəhər stadionunda yerli "Sioni" ilə qarşılaşan Əsgər Abdullayevin yetirmələri məğlub olublar – 1:3. Bakılıların heyətində Sergey Laşenkov fərqlənib. Yoldaşlıq görüşündə "Olimpik-Şüvəlan"ın heyətində baxışda olan Ramaz Ndjaba, Vladimir Ribiç və Kemal Alemeroviç də iştirak ediblər.
0