Jurnalistlər Hacıyevskini təəccübləndirdi
28.07.2009 - 16:30
Jurnalistlər Hacıyevskini təəccübləndirdi
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski mətbuatda yayılan informasiyadan təəccüblənib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan mətbuatı komandamızın Sofiyanın “Levski” klubunu keçəcəyi halda, 500 min dollar mükafat alacağını iddia edir. Bu məlumatdan xəbərdar olan Hacıyevski məsələyə münasibətində təəccübünü gizlətməyib: “Mən bilmirəm ki, Bolqarıstan jurnalistləri bu informasiyanı haradan götürüb?”

Ancaq 54 yaşlı mütəxəssis rəhbərliyin “Levski”nin keçəcəyi halda, vəd etdiyi mükafatın məbləğini nə təsdiq, nə də təkzib edib. Onun sözlərinə görə, yetirmələri indi yalnız futbol, növbəti ciddi sınaq haqda düşünürlər: “Futbolçularımız yalnız “Levski” ilə axşamkı oyunu, sonda qələbə qazanmağı düşünürlər. İndi pul, veriləcək mükafatın hansı məbləğdə olması onları narahat etmir”.
0