“Barselona” Zlatan İbrahimoviçi itirdi
28.07.2009 - 16:54
“Barselona” Zlatan İbrahimoviçi itirdi
“Barselona” klubu yeni transferi Zlatan İbrahimoviçlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu gün əlindən cərrahiyyə əməliyyatı olunan 28 yaşlı isveçli futbolçu bir ay oynamayacaq.

İbrahimoviç bu zədəni keçmiş komandası “İnter”in heyətində ötən həftə ABŞ-da yoldaşlıq görüşündə alıb. “Barselona” ilə rəsmi müqavilə bağlamamışdan öncə tibbi müayinədən keçən Zlatanın sol əlindəki sümüklərinin birinin sınması aşkar olunub. Bunun bərpasına isə təxminən dörd həftə vaxt lazımdır.
0