Georgi də Gürcüstan yığmasına çağırıldı
28.07.2009 - 17:01
Georgi də Gürcüstan yığmasına çağırıldı
Gürcüstan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin yığmasına başçılıq edən argentinalı mütəxəssis Ektor Kuper Malta ilə avqustun 12-də keçiriləcək yoldaşlıq oyunu ərəfəsində bir sıra dəyişiklərə əl atıb.

Təcrübəli futbolçular Kaxa Kaladze və Aleksandr İaşvilini milliyə çağırmayan çalışdırıcı Bakının “İnter” klubunun qapıçısı Georgi Lomayaya dəvət göndərib. Müəyyən fasilədən sonra yığmaya dönən “İnter”in debütantı digər “tanışımız”la rəqabət aparmalı olacaq. Belə ki, “Qəbələ”nin sabiq qapıçısı Zurab Mamaladze də “bir nömrə” olmağa üç namizəd sırasındadır.

Qeyd edək ki, indiyədək yığmada oynamamış iki futbolçunu da toplanışa çağıran Kuper “Simurq”un müdafiəçisi Teymuraz Qonqadzeni də hazırlıqlara çağırıb.
0