İqor Ponomaryov: Emin Quliyev məsələsini qaldırmağa ehtiyac yoxdur
28.07.2009 - 17:37
İqor Ponomaryov: Emin Quliyev məsələsini qaldırmağa ehtiyac yoxdur
“Emin Quliyevin AFFA və UEFA-ya şikayət edəcəyi ilə bağlı dediklərinə münasibət bildirməyəcəyik. Çünki bu düzgün olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti İqor Ponomaryov deyib.

O, klubdan qovulan, lakin transfer vərəqi verilməyən Emin Quliyevin lənkəranlılardan AFFA və UEFA-ya şikayət edəcəyi ilə bağlı açıqlamasını ciddiyə qəbul etmədiyini bildirib: “Ümumilikdə hər bir insan nədənsə narazı qalmaq və həqiqəti məhkəmələrdə axtarmaq hüququna malikdir. Əgər o, şikayət etmək istəyirsə, heç kim onu yola gətirməyə çalışmayacaq. Eminin açıqlamasını oxumaq heç də xoş deyildi. Axı o, həm yığmada, həm də klubda mənim rəhbərliyim altında oynayıb. O ki qaldı onun maaşının verilməməsi ilə bağlı ittihamlara, bu da həqiqəti əks etdirmir. Klub prezidenti Mais Mənsimov ilə görüşümüzdə heç Quliyev məsələsi qaldırılmayıb da. Çünki buna ehtiyac da yoxdur”.

Mənbə: extratime.az
0