Moryentes rəsmən “Marsel”də!
28.07.2009 - 17:45
Moryentes rəsmən “Marsel”də!
Tanınmış ispan hücumçu Fernando Moryentes yenidən Fransada oynayacaq. Apasport.az saytının məlumatına görə, bir vaxtlar “Monako”da çıxış edən 33 yaşlı futbolçu bu gün “Marsel” klubu ilə rəsmi müqavilə bağlayıb.

Son klubu “Valensiya”da əsas heyətdə yerini itirən Moryentes yenidən Didye Deşamın rəhbərliyi altında çıxış edəcəyinə çox sevinir. O, “Monako”da məhz bu fransalı mütəxəssislə birgə çalışıb: “Deşam mənə zəng edəndə keçidə razılıq verdim. Bundan sonra hər şey çox tez baş verdi. Hətta onu nəzərə alaq ki, daha bir təklifim vardı”.

“Valensiya” ilə müqaviləsi ötən mövsümün sonunda bitən Fernando artıq xeyli vaxtdır hazırlıqdan kənarda qalıb: “İki aydır məşq etmirdim. Ancaq ümid edirəm ki, bir neçə həftədən sonra oyunçu formamı bərpa edəcəyəm. Hər şey asan olacaq. Çünki Didyeni tanıyıram. Artıq 33 yaşım var və öz təcrübəmi həm meydanda, həm də ondan kənarda komandama töhfə verə bilərəm”.
0