Rusiya yığması Argentina qarşına 20 futbolçu ilə çıxır
28.07.2009 - 18:40
Rusiya yığması Argentina qarşına 20 futbolçu ilə çıxır
Rusiya yığması avqustun 12-də Argentina ilə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Moskvadakı “Lokomotiv” stadionunda baş tutacaq oyun üçün rusların heyəti açıqlanıb. Baş məşqçi Qus Hiddink heyətə 20 futbolçu çağırıb.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Dinamo" Moskva).

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı MOİK), Yuri Jirkov (“Çelsi”, İngiltərə), Denis Kolodin ("Dinamo" Moskva), Renat Yanbayev (“Lokomotiv”, Moskva), Aleksandr Anyukov (“Zenit”).

Yarımmüdafiəçilər: Yevgeni Aldonin, Alan Dzaqoyev (hər ikisi MOİK), Vladimir Bıstrov (“Spartak” Moskva), İqor Denisov, Konstantin Zıryanov, İqor Semşov (hamısı “Zenit”), Sergey Semak (“Rubin”).

Hücumçular: Andrey Arşavin (“Arsenal”, İngiltərə), Aleksandr Kerjakov (“Dinamo” Moskva), Roman Pavlyuçenko (“Tottenhem”, İngiltərə), Pavel Poqrebnyak (“Zenit”).
0