Üz sümüyü sınan Feliks özünə gəldi - YENİLƏNİB
28.07.2009 - 23:01
Üz sümüyü sınan Feliks özünə gəldi - YENİLƏNİB
“Bakı” - “Levski” matçının 52-ci dəqiqəsində meydanı yarımçıq tərk edən Feliks Felipe Almeydanın səhhətində problem yaranıb. Oyun zamanı huşunu itirən və təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılan komandamızın braziliyalı legionerinin cavab görüşündə oynayıb-oynamayacağı hələ bilinmir. Klubun icraçı-direktoru Yaşar Seyidov apasport.az saytına bildirib ki, rəqibin ayagı ilə vurduğu Feliks Mərkəzi Kliniki xəstəxanaya aparılıb. Onun üz sümüyünün sındığı aşkarlanıb. Futbolçuya tibbi yardım göstərilib və Feliks hazırda özünü yaxşı hiss edir.


Klubun rəsmi İnternet səhifəsinin yaydığı xəbərə görə, Feliks artıq xəstəxanadan evə buraxılıb. Onun cavab matçında forma geyinəcəyi gözlənilir.
0