Hacıyevski: Bu amil komandamıza cavab matçında kömək edə bilər
28.07.2009 - 21:59
Hacıyevski: Bu amil komandamıza cavab matçında kömək edə bilər
“Həddindən artıq ağır və çətin oyun oldu. Bu gün komandamızı durmadan dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Levski” ilə ilk oyundan sonra təşkil olunan mətbuat konfransında makedoniyalı mütəxəssis bildirib ki, azarkeşləri sevindirə bilmədiklərinə görə təəssüflənir. 52-ci dəqiqədə zədələnərək meydanı yarımçıq tərk edən braziliyalı Feliksin durumuna gəlincə, Hacıyevski onun yaxşı olacağına inandığını söyləyib: “Hamı gördü ki, futbolçularımız bütün güclərini ortaya qoydular. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Amma unutmaq lazım deyil ki, rəqib də güclü komandadır”.

Hacıyevski vurğulayıb ki, cütün qalibi bir həftə sonra Sofiyada baş tutacaq qarşılaşmada bəlli olacaq: “Hər şey cavab matçında müəyyənləşəcək. Bu dəfə biz rəqib meydanında oynayacaq. Bu günkü görüşdə qalib gələ bilməsək də, səfərə bir üstünlüklə yollanacağıq. Çünki öz meydanımızda qol buraxmadıq. Fikrimcə, bu amil komandama kömək edə bilər”.
0