“Neftçi” türkləri darmadağın, Neaga dubl etdi
28.07.2009 - 23:05
“Neftçi” türkləri darmadağın, Neaga dubl etdi
Türkiyədə təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan “Neftçi” ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Bayrampaşa” ilə qarşılaşan flaqman böyük hesablı qələbə qazanıb. Rəqibinin qapısından 4 cavabsız top keçirən “Neftçi”nin heyətində ilk qolu Dmitri Kruqlov vurub. Ardınca Valentin Atem hesabı artırıb. Digər iki qol isə rumın legioner Adrian Neaganın hesabına yazılıb.
0