“İnter”ə 3 yeni futbolçu gəldi - FOTO
28.07.2009 - 23:14
“İnter”ə 3 yeni futbolçu gəldi - FOTO
Bolqarıstanda təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun düşərgəsinə daha 3 futbolçu qoşulub. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bunlar argentinalılar Eduardo dos Santos və Berman Pietrobondur. Santosun sonuncu komandası “Almegro” (Argentina) Pietrobonun isə MOİK (Bolqarıstan) olub. Digər futbolçu isə bolqarıstanlı Sakaliyev Stoykadır. O, sonuncu dəfə Varnanın "Spartak" klubunun şərəfini qoruyub.
0