“Olimpik-Şüvəlan” Gürcüstan çempionu ilə qarşılaşacaq
28.07.2009 - 23:51
“Olimpik-Şüvəlan” Gürcüstan çempionu ilə qarşılaşacaq
"Olimpik-Şüvəlan"ın yoxlama oyunları keçirəcəyi rəqiblərin siyahısında dəyişiklik edilib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, əvvəlcədən tərtib olunmuş təlim-məşq proqramına əsasən komanda iyulun 29-da "Çikura" ilə görüşməli idi. Amma məşqçilər korpusunun daha güclü klubla qarşılaşmaq istəməsi "Çikura"nın “VİT Corciya” ilə əvəzlənməsi ilə nəticələnib. Beləliklə, bu gün yerli vaxtla saat 18:00 keçiriləcək görüşdə rəqibimiz Gürcüstanın sonuncu çempionu olacaq.
0