“Levski” Bakıda hava limanında gecələdi
29.07.2009 - 13:30
“Levski” Bakıda hava limanında gecələdi
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə qarşılaşan Bolqarıstanın “Levski” klubu ölkəmizi narazı tərk edib. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin sahibi Todor Batkov artıq xərclər üzündən narahatçılıq yaşayıb.

Bakıda mümkün qədər az qalıb minimum xərclərlə keçinmək istəyən bolqarlar 0:0 hesabı ilə bitən matçın ardından hava limanına yollanaraq, Azərbaycanı tərk etmək istəyiblər. Bolqar mətbuatının iddialarına əsasən, hava limanının mövcud qaydaları Batkov və komandasının arzusunu gözündə qoyub. Saat 00:00-a qədər sənədlərini və əşyalarını qeydiyyatdan keçirə bilməyən qonaqlar gecə yarıdan sonra uçuşların olmamağından narazı qalıb.

Belə vəziyyətdə bolqarıstanlılar gecəni də burada keçirib səhər saat 6:00-dan tez havaya qalxa bilməyib. Bu isə Batkovun əlavə xərcə düşməsinə səbəb olub.
0