Amiran Muciri “Levski” ilə oyuna buraxılmayacaq
29.07.2009 - 13:34
Amiran Muciri “Levski” ilə oyuna buraxılmayacaq
“Bakı”nın gürcüstanlı legioneri Amiran Muciri cəzalanacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna qarşı ilk oyunundakı davranışı yarımmüdafiəçiyə baha başa gələ bilər.

İkinci hissənin gedişində əvəzlənən Amiran bundan narazılığını sərt şəkildə nümayiş etdirib ki, bu da baş məşqçi Qyoko Hacıyevskinin qəzəbinə səbəb olub. Mütəxəssis 0:0 hesabı ilə bitən matçın ardından yarımmüdafiəçinin cəzalanacağını açıqlayıb: “Burada məşqçi mənəm. Qərarları da mən verirəm. Mucuri narazılığını açıq şəkildə ifadə etdiyi üçün cəzalanacaq. Hətta onun cavab matçından kənarda qalması da mümkündür”.
0