“Sofiyadakı oyun ərəfəsində hər iki tərəfin şansları var”
29.07.2009 - 13:36
“Sofiyadakı oyun ərəfəsində hər iki tərəfin şansları var”
“Bakı” ilə oyun çox çətin oldu. Qol vurmağa çalışsaq da bu mümkün olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun yarımmüdafiəçisi Vladimir Qadjev deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın qonağı olan sofiyalıların futbolçusu 0:0 hesabı ilə bitən görüşdən sonra komandaların mərhələ keçmək şanslarını dəyərləndirib: “Məncə cavab oyunu ərəfəsində hər iki tərəfin şansları var. Amma bir məsələ də var ki, biz öz meydanımızda oynayacağıq. Azarkeşlərimiz isə həmişə bizə kömək edib. Elə gələn həftə də onların dəstəyinə güvənəcəyik”.
0