“Felipeyə görə üzr istəyirəm”
29.07.2009 - 13:38
“Felipe Feliks Almeydanın belə zədələnməsinə görə çox təəssüflənirəm. Ona xəsarət yetirən Yusuf Rabehin əvəzinə mən üzr istəyirəm. Axı biz hamımız həmkarlarıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun idman direktoru Georgi İvanov deyib.
Bu vəzifəyə yeni təyin olunan futbol funksioneri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunundan sonra “Bakı” ilə oyun haqda fikirlərini açıqlayıb: “Hamımız nəticədən razıyıq. Biz çox yaxşı, taktiki cəhətdən düzgün oynadıq. Matçın sonlarında da üstünlüyü rəqibə özümüz verdik. Gələn həftə doğma azarkeşlərimiz önündə oynayacağıq. Həmin qarşılaşmayadək vaxtımız var. Səhvlərimiz üzərində çalışıb aradan qaldıracağıq”.
Qeyd edək ki, “Bakı” – “Levski” qarşılaşması 0:0 hesabı ilə nəticələnib.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0