Ronaldo “Real”da ilk qolunu vurdu
29.07.2009 - 13:41
Kriştianu Ronaldo Madrid “Real”ında qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi Ekvadorun LDU klubu ilə İspaniyada keçirilən “Peace Cup” turniri çərçivəsində keçirilən görüşdə hesabı açıb. Ronaldo 48-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirəndən 4 dəqiqə sonra “Real”ın digər yeni futbolçusu Esteban Qranero fərqlənib. Madridlilərin digər qollarına Kristof Metselderlə Alvaro Neqredo imza atıb. 4:2 hesabı ilə qələbə qazanan “Rel” qrupunun qalibi olub və yarımfinalda “Yuventus” klubu ilə görüşəcək. Turinlilər son oyunda Cənubi Koreyanın “Sonam İlva” klubunu böyük hesabla (3:0) yenib.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
0
0