“Almanlara pislik arzulamayan Foqtsun fikirlərini dəyişmək mümkün deyil”
29.07.2009 - 14:48
“Almanlara pislik arzulamayan Foqtsun fikirlərini dəyişmək mümkün deyil”
“Təbii ki, Berti Foqts almanlara pislik arzulamır. Ancaq bu insanı tanıdığım üçün deyərdim ki, o, həmişə yalnız qələbə qazanmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının sabiq qapıçısı Toni Şumaxer deyib.

Nəinki ölkəsində, ümumiyyətlə, dünya futbolu tarixində ən yaxşı qapıçılardan biri sayılan veteran futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələ çərçivəsində avqustun 12-də Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu haqda Rusiya mətbuatına fikirlərini bölüşüb. Rusiyalı həmkarımız dünya çempionatına birbaşa vəsiqə uğrunda mübarizədə Foqtsun həmyerlilərinin əhvalını korlayıb-korlamayacağını Şumaxerdən soruşub: “Foqts üçün ona qarşı hansı komandanın oynamasının fərqi yoxdur. Buna görə də bizi çox maraqlı oyun gözləyir. Hər halda, Foqtsun fikirlərini dəyişmək mümkün deyil”.
0