“Qalatasaray” - “Makkabi” görüşü azərbaycanlıya tapşırıldı
31.07.2009 - 17:26
“Qalatasaray” - “Makkabi” görüşü azərbaycanlıya tapşırıldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı dəyişdirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, həmyerlimizin Avropa Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-da keçiriləcək APOP (Kipr) – “Rapid” (Avstriya) matçında iştirakı baş tutmayacaq. Yarışların təşkilatçısı olan UEFA təyinatı texniki səbəblər üzündən dəyişdirməli olub. Əvəzində Xudiyev başqa oyuna yollanacaq. Belə ki, o, avqustun 6-da keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Makkabi” (İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, “Əli Sami Yen” stadionunda qarşılaşacaq rəqiblərin ilk matçında türkiyəlilər 4:1 hesablı səfər qələbəsi qazanıb.
0