Ən seksual qadınların çempionluğu - FOTO
12.08.2009 - 11:49
Ən seksual qadınların çempionluğu - FOTO
“Tottenhem” klubu İngiltərə Premyer Liqasında birinci yeri tutub. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı Harri Rednappın yetirmələrinin ölkə çempionu olduğunu iddia edir. Lakin bu çempionluq yaşıl meydanlardakı oyuna əsasən yox, komanda üzvlərinin xanımlarının cazibədarlığına görə müəyyənləşdirilib.

“Tottenhem”də Ceyms O’Xaranın sevgilisi Daniela Lloyd və Robbi Kinin həyat yoldaşı Klodin kimi gözəlçələr var. Üstəlik Peter Krauçun London klubuna transferindən sonra seksual xanımların sırası daha da zənginləşib. Axı, onun Abi Klanski kimi sevgilisi var. Belə qadınlara malik komandanın hamıdan öndə olduğunu düşünən britaniyalılar ikinci yerə “Arsenal”ı layiq bilir. Bu klubun gözəlçələrinə Teo Uolkottun sevgilisi Melani Slayd başçılıq edir.

Üçüncü sırada qərarlaşan “Çelsi” isə Eşli Koulun məşhur xanımı Çerillə öyünür. Kolin Runinin gözəlliyi “Mançester Yunayted”ə dördüncü yeri bəxş edib. Dünyanın ən zəngin klublarından biri olan “Mançester Siti” isə 6-cı yerdə qərarlaşıb. Onlar Valon Behraminin sevgilisi Yelena Bonzani ilə fəxr edir.

1. Daniela Lloyd
2. Klodin Kin
3. Abi Klanski
4. Melani Slayd
5. Çeril Koul
6. Kolin Runi
7. Yelena Bonzani
0