Ölümün pəncəsindən qurtula bilməyən gənc futbolçular - FOTO
14.08.2009 - 12:30
Ölümün pəncəsindən qurtula bilməyən gənc futbolçular - FOTO
Futbol bir sıra insanların cavan yaşlarında həyatdan köçmələrinə səbəb olub. Məsələn, ötən həftə “Espanyol”un 26 yaşlı kapitanı Daniel Xarke faciəli şəkildə ölüb. İtaliyada keçirilən təlim-məşq toplanışı zamanı sevgilisi ilə telefonla danışan Daniel səhhətindən şikayətlənməyə başlayıb. Amma onun 7 aylıq hamilə olan sevgilisi ağlına belə gətirməzdi ki, bu, Xarke ilə son danışıqdır. Telefon söhbətindən bir neçə dəqiqə sonra futbolçu ürək çatışmazlığından dünyasını dəyişib.

Ürək çatışmazlığı diaqnozu ilə indiyədək neçə-neçə futbolçu gənc yaşlarında vəfat edib. Onların əksəriyyəti elə meydançada gözlərini əbədi yumublar. Apasport.az saytı belə faciəli şəkildə ölən futbolçuları təqdim edir.

1. Pavao (“Porto”, Portuqaliya) - 1973-cü ildə 26 yaşında ölüb.
2. Renato (“Peruca”, İtaliya) - 1977-ci ildə 24 yaşında ölüb.
3. Omar Sahnoun (“Bordo”, Fransa) - 1980-ci ildə 24 yaşında ölüb.
4. Paulo Navalyo (“Atletiko”, Portuqaliya) - 1987-ci ildə 20 yaşında ölüb.
5. Okvaraji (“Nigeriya”, Nigeriya) - 1989-cu ildə 24 yaşında ölüb.
6. Devid Lonqhurst (“York Siti”, ABŞ) - 1990-cı ildə 25 yaşında ölüb.
7. Maykl Kleyn (“Uerdingen”) - 1993-cü ildə 33 yaşında ölüb.
8. Əmir Anqve (“Culius Berger”, Nigeriya) - 1995-ci ildə 29 yaşında ölüb.
9. Vaheeb Cabarra (“Hapoel”, Taybe, İsrail) - 1997-ci ildə 28 yaşında ölüb.
10. Vrabioru (“Astra Ploieşti”, Rumıniya) - 1999-cu ildə 23 yaşında ölüb.
11. Con İkoroma (“Nigeriya”, Nigeriya) - 2000-ci ildə 17 yaşında ölüb.
12. Eri İrianto (“Surabaya”, İndoneziya) -2000-ci ildə 25 yaşında ölüb.
13. Dos Santos (“Vanka”, Braziliya) - 2002-ci ildə 28 yaşında ölüb.
14. Vivien Foe (Kamerun yığması) - 2003-cü ildə 28 yaşında ölüb.
15. Miklos Feher (“Benfika”, Portuqaliya) - 2004-cü ildə 24 yaşında ölüb.
16. Serjinyo (“Sao Kaetano”, Braziliya) - 2004-cü ildə 30 yaşında ölüb.
17. Alin Paycu (“Matasari”, Rumıniya) - 2005-ci ildə 32 yaşında ölüb.
18. Pol Sayks (“İnvista”, İngiltərə) - 2005-ci ildə 28 yaşında ölüb.
19. Matt Qadsbi (“Hinkli Yunayted”, İngiltərə) - 2006-cı ildə 27 yaşında ölüb.
20. Abdelvahab (“Əl-Əhli”, Misir) - 2006-cı ildə 23 yaşında ölüb.
21. İvan Karaçiç (“Şiroki Briyeq”, Bosniya və Herseqovina) - 2007-ci ildə 19 yaşında ölüb.
22. Puerta (“Sevilya”, İspaniya) - 2007-ci ildə 22 yaşında ölüb.
23. Nsofva (“Birşeba”, Zambiya) - 2007-ci ildə 28 yaşında ölüb.
24. Pinault (“Klermont”, Fransa) - 2009-cu ildə 23 yaşında ölüb.
25. Daniel Xarke (“Espanyol”, İspaniya) - 2009-cu ildə 26 yaşında ölüb.

Şəkillərdə: 1.Renato 2.Devid Lonqhurst; 3.Maykl Kleyn; 4.Vivien Foe; 5.Matt Qadsbi; 6.Miklos Feher; 7.Serjinyo; 8.Puerta; 9.Nsofva; 10.Daniel Xarke
0