Advokatı 2000 azarkeş yola saldı
14.08.2009 - 14:29
Advokatı 2000 azarkeş yola saldı
Rusiyanın “Zenit” klubunun sabiq baş məşqçisi Dik Advokat vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl istefaya göndərilmiş hollandiyalı mütəxəssis Rusiyanı tərk etməmişdən öncə komanda üzvləri ilə vidalaşmaq qərarına gəlib. “Zenit”in bazasında oyunçular və texniki heyət üzvləri qarşısında çıxış edən Advokata xatirə hədiyyəsi təqdim olunub. Sankt-peterburqlular mütəxəssisə üzərində 2008-ci ildə UEFA kubokunun qazanıldığını əks etdirən şəkil həkk edilmiş qol saatı bağışlayıblar.

Azarkeşlər isə çalışdırıcını özünəməxsus tərzdə yola salıblar. İki minə yaxın fanat narıncı şarlar və “Zenit”in bayraqları ilə “silahlanaraq” “Pulkovo” Hava Limanına toplaşıb. Hava limanının girişində göyə fişənglər atan azarkeşlər hollandiyalını unutmayacaqlarını nümayiş etdiriblər.
0