“Bakı” 2 hücumçu ilə müqavilə bağlayır
14.08.2009 - 15:07
“Bakı” 2 hücumçu ilə müqavilə bağlayır
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin oyunlarına hazırlaşan “Bakı” rəhbərliyi bu gün 2 futbolçu ilə münasibətləri rəsmiləşdirəcək. Klubun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, hücum xəttindəki problemlər legionerlərin sayəsində aradan qaldırılacaq.

Türkiyənin “Ankaragücü” klubunun üzvü braziliyalı Jaba və Rumıniya milli komandasının sabiq hücumçusu Daniel Oprita ilə bu gün müqavilə bağlayacaq “Bakı” hər iki hücumçunu heyətinə “1+1 il” sisteminə uyğun qatır. Məmmədov bildirib ki, baxışda olan digər rumıniyalı Mihay Pankla da böyük ehtimalla, razılaşma imzalanacaq. Lakin müdafiəçinin “Bakı”ya keçidi bu gün yox, yaxın gələcəkdə həllini tapacaq.
0