“Bakı” 2 futbolçu ilə vidalaşır
15.08.2009 - 00:16
“Bakı” 2 futbolçu ilə vidalaşır
“Komandamızda 1-2 artıq futbolçu var”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, həmin futbolçular komandadan kənarlaşdırılacaqlar: “Bizi tək çempionat maraqlandırmır. Avroliqa, ölkə kuboku var. Heyətimiz geniş olmalıdır ki, həm rəqabət yaransın, həm də əsas heyətə güc düşməsin. Həmin 1-2 nəfəri də, yəqin ki, yola salacağıq. Kim könülsüz oynayırsa, zorla saxlamırıq, çıxıb getsin”.
0