Kimin əvvəli, kimin axırı...
15.08.2009 - 09:37
Kimin əvvəli, kimin axırı...
“Zenit” klubunun sabiq baş məşqçisi Dik Advokat Rusiyada fəaliyyətini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisinə tarixinin ən böyük uğurlarını qazandıran, lakin baş məşqçi postundan qovulan hollandiyalı mütəxəssis bundan sonra “Ximki” klubunda məsləhətçi işləyəcək.

Özü də 61 yaşlı məşqçi “Ximki”də pulsuz çalışacaq: “Mən baş məşqçi Konstantin Sarsaniyaya kömək edəcəyəm. Bu anlaşmanın heç bir maliyyə tərəfi yoxdur. Kostantin mənim dostumdur. O, mənə və “Zenit”in sabiq prezidenti Sergey Fursenkoya komandamızı yaratmaqda çox kömək edib. İndi onun “Ximki”si çətin vəziyyətdə olduğundan, mən ona kömək etmək istəyirəm”.

Qeyd edək ki, “Ximki”nin baş məşqçisi Sarsaniya 2006-cı ildə “Zenit”in idman direktoru vəzifəsində çalışıb.
0