Almaniyalı məşqçi ilə müqavilənin müddəti uzadıldı
15.08.2009 - 10:09
Almaniyalı məşqçi ilə müqavilənin müddəti uzadıldı
Almaniyalı məşqçi Ottmar Hitsfeld İsveçrə Futbol Federasiyası ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis rəhbərlik etdiyi İsveçrə yığmasını 2012-ci ilin sonunadək çalışdıracaq. Yeni müqavilənin bağlanmasına almaniyalının milli komandadakı uğurlu nəticələri səbəb olub.

2008-ci ilin yayından İsveçrə yığmasını çalışdıran Hitsfeldin yetirmələri bir il ərzində 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət onun debüt matçına təsadüf edib. Həmin vaxt Sürixdə Lüksemburqa 1:2 hesabı ilə uduzan isveçrəlilərin yeganə qolunu Avropa Liqasının 4-cü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Tvente”nin (Hollandiya) bombardiri Bleys Nkufo vurub.

Qeyd edək ki, baş məşqçi qismində 2 Qitələrarası kubok, 2 Çempionlar Kuboku, 7 Almaniya, 2 İsveçrə çempionluğu, 3 Almaniya və 3 İsveçrə kubokunu qazanan Hitsfeld 1997-ci və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.
0