“Donuz qripi”nə yoluxmuş futbolçu sağalır
15.08.2009 - 12:30
“Donuz qripi”nə yoluxmuş futbolçu sağalır
А/H1N1(“Donuz qripi”) virusuna yoluxmuş amerikalı futbolçu Lendon Donovan sağalır. Apasport.az saytının məlumatına görə, ABŞ yığmasının və “Los Anceles Qalaksi” klubunun şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss edir. “Los Anceles Qalaksi”nin baş məşqçisi Bryus Arena bildirib ki, futbolçu tezliklə meydana çıxa bilər.

“Hamımız ümid edirik ki, o, gələn oyunda bizə kömək edə biləcək. Lendon özü heç bir xəstəlik hiss etmədiyini bildirir” - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, məşhur futbolçu Devid Bekhemlə eyni klubda oynayan Donovanda А/H1N1 virusu avqustun 13-də keçirilən müayinə zamanı aşkarlanıb. “Los Anceles Qalaksi” ABŞ çempionatında növbəti matçını bu gün keçirəcək. Donovanın bu görüşdə forma geyinəcəyi gözlənilir.
0