Berti Foqts Hollandiyaya gedir
15.08.2009 - 13:54
Berti Foqts Hollandiyaya gedir
Milli komandamızın baş məşqçisi Berti Foqts Hollandiyaya gedəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı avqustun 20-də bu ölkədə avroliqanın dördüncü mərhələsində baş tutacaq “Tvente” – “Qarabağ” matçını stadionda izləyəcək. Foqtsun yığmadakı köməkçisi Vaqif Sadıqov isə İsveçrədə “Bazel” – “Bakı” matçına yollanacaq.
0