Yunis Hüseynov: “Karvan” hələlik mən istədiyim səviyyədə deyil
15.08.2009 - 20:12
Yunis Hüseynov: “Karvan” hələlik mən istədiyim səviyyədə deyil
“İlk oyun olduğundan, qarşılaşma bizim üçün çətin keçdi. Düzdür, birinci hissədə fərqlənmək üçün şansımız oldu. Amma bundan yararlana bilmədik. Hesabı açsaydıq, nəticə başqa cür də ola bilərdi. Futbolçularımız hələ ki, bir-birinə uyğunlaşmayıblar”. Bu sözləri “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Premyer Liqanın I turunda Bakıda “İnter”ə məğlub (0:1) olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında Hüseynov bildirib ki, komandası təlim-məşq toplanışına gec yığıldığından, futbolçuların fiziki baxımdan tam hazır olmadıqları özünü göstərib: “Biz bu oyundan minimum 1 xalla ayrılmaq istəyirdik. Təəssüf ki, uduzduq. Hələlik, komandam mən istədiyim səviyyədə deyil. Çempionat davam edir və qarşıdakı görüşlərə ciddi hazırlaşacağıq”.
0