Sxadadze müdafiədən razı qaldı, hücumdan yox
15.08.2009 - 20:24
Sxadadze müdafiədən razı qaldı, hücumdan yox
“Qələbə qazandığıma görə, sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.

Premyer Liqanın ilk turunda “Karvan” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra gürcü çalışdırıcı bildirib ki, komandasının oyunundan tam razı qalmayıb: “Əsasən də, hücumçulardan. Anhel Qutyerres 3 dəfə qapıçı ilə təkbətək çıxsa da, qol vura bilmədi. Amma müdafiə xəttindən razı qaldım”.

Sxadadze vurğulayıb ki, yığma komandaların düşərgəsindən qayıdan 7 futbolçu yorğun təsir bağışlayıb: “Onlar düşərgəmizə srağagün qayıdıblar. Futbolçulara ilk oyunun çətin olacağını demişdim. Həm də ilk oyun olduğundan bir az çətinliklə üzləşəcəyimizi onların diqqətinə çatdırdım. Bir sözlə, komanda tam oturuşmayıb. Gələcəkdə hər şey qaydasına düşəcək. Rəqib komandaya uğurlar arzulayıram”.
0