Foqts: “Zenit” məni istəyirsə, Azərbaycanla razılığa gəlsin
16.08.2009 - 20:18
Foqts: “Zenit” məni istəyirsə, Azərbaycanla razılığa gəlsin
Berti Foqts Azərbaycan yığmasını tərk edə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən xəbərinə görə, yığmamızın çalışdırıcısı Rusiyanın “Zenit” klubunun maraq dairəsinə düşüb.

Bu barədə alman mütəxəssisin meneceri Norbert Pflipen “Bild” qəzetinə açıqlamasında bildirib ki, Sankt-Peterburq təmsilçisinin rəhbərliyi istefaya göndərilən holland Dik Advokatın əvəzinə Foqtsu gətirmək istəyir: “Ancaq alman çalışdırıcının Azərbaycan yığma komandası ilə anlaşması mövcuddur”.

Xəbəri Foqts da təsdiq edib. O, bildirib ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsinin sonunadək komandamızla müqaviləsi var: “Onlar məni istəyirlərsə, Azərbaycanla həll etməlidir”.
0