Böyükağa Ağayev: Süni örtüklü meydançada oynamaq çətinlik törətdi
16.08.2009 - 21:43
Böyükağa Ağayev: Süni örtüklü meydançada oynamaq çətinlik törətdi
"Premyer Liqanın ilk oyununun çətin olacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Ağayevə məxsusdur.

O, “Olimpik-Şüvəlan” üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında bildirib ki, nəticədən və futbolçuların göstərdiyi əzmkar oyundan razı qalıb: “Türkiyədə təbii örtüklü meydanlarda oynadığımızdan, bu gün oyunun keçirildiyi süni örtüklü meydançada oynamaq müəyyən çətinlik törətdi. Rəqibimizin də güclü olduğunu bilirdik və bu oyuna çox ciddi hazırlaşmışdıq. Futbolçulardan heç kimi ayrılıqda fərqləndirmək istəmirəm. Qazandığımız qələbədən və futbolçuların göstərdiyi əzmkar oyundan razı qaldım”.

pfl.az
0