“Olimpik-Şüvəlan” haqlı çıxdı - YENİLƏNİB
17.08.2009 - 14:17
“Olimpik-Şüvəlan” haqlı çıxdı - YENİLƏNİB
“Olimpik-Şüvəlan” rəhbərliyi “Neftçi” klubuna uduzduğu oyunun baş hakimindən şikayət edib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in məşqçisi Novruz Əzimov matçın protokoluna öz etirazını bildirib. Amma bildirməsəydi, ondan yaxşı olardı.

Belə ki, Əzimov Vüsal Əliyevin idarə etdiyi görüşün protokolunda baş hakim kimi Fariz Yusifovu göstərib: "Oyunun 18-ci dəqiqəsində "Neftçi" komandasının oyunçusu Rail Məlikov bizim oyunçu İlqar Qurbanovu cərimə meydançasında yıxdı. Lakin baş hakim Fariz Yusifov bizim oyunçuya simulyasiyaya görə sarı vərəqə göstərdi".

“Olimpik-Şüvəlan” məsələ ilə bağlı mövqeyini açıqlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına bildirib ki, əslində, oyunun protokolu doldurularkən hansısa yanlışlığa yol verilməyib. Sadəcə, Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsində matçı idarə etmiş baş hakim Vüsal Əliyevin adı səhvən Fariz Yusifov kimi göstərilib.
0