“Qarabağ” Hollandiya çempionatının lideri ilə qarşılaşacaq - FOTO
17.08.2009 - 09:38
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki rəqibi “Tvente” Hollandiya çempionatında liderliyi ələ alıb. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi Erediviziyanın 3-cü turunda qazandığı qələbə ilə birinci pilləyə yüksəlib. Məşhur ingilis mütəxəssis Stiv Maklarenin yetirmələri səfərdə “Den Haaq”ı məğlub etməklə buna nail olub. İsveçrə milli komandasının hücumçusu Bleys Nkufonun 64-cü dəqiqədə vurduğu qol matçda yeganə olub – 1:0. Bu qələbədən sonra hesabında 7 xal olan “Tvente” Hollandiya çempionatına liderlik edir.
Qeyd edək ki, avqustun 20-də “Qarabağ”ı qəbul edəcək Erediviziyanın lideri növbəti çempionat matçına bundan 3 gün sonra çıxaraq “Valviyk”lə görüşəcək.
Qeyd edək ki, avqustun 20-də “Qarabağ”ı qəbul edəcək Erediviziyanın lideri növbəti çempionat matçına bundan 3 gün sonra çıxaraq “Valviyk”lə görüşəcək.
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0