Qyoko Hacıyevski “Bazel”in məğlubiyyətinin canlı şahidi oldu
17.08.2009 - 10:37
Qyoko Hacıyevski “Bazel”in məğlubiyyətinin canlı şahidi oldu
İsveçrə çempionatının VI turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan “Bazel” Superliqada növbəti dəfə məğlubiyyətə düçar olub. Baş məşqçi Torsten Finkin yetirmələri “Qrasshoppers”lə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzublar.

Qarşılaşmanın 9-cu dəqiqəsində Dos Santos hesabı açdıqdan sonra bazellilər oyunda tarazlıq yarada bilib. 24-cü dəqiqədə Çipperfild cavab qolunu vurub. İkinci hissədə meydan sahibləri daha iki dəfə fərqlənərək, Finkin komandasını xalsız qoyub. 61-ci dəqiqədə Kalla, 13 dəqiqə sonra isə Sarate “Bazel”ın qapısına yol tapıb. Matçı “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski də stadionda canlı izləyib.

“Bazel” bu məğlubiyyətdən sonra turnir cədvəlində 10 kollektiv arasında 7-ci pilləyə enib. “Bakı”nın rəqibi 6 qarşılaşmadan sonra cəmi 8 xal toplayıb.
0