“Bakı”dan 27 nəfərlik sifariş
17.08.2009 - 10:55
“Bakı”dan 27 nəfərlik sifariş
“Bakı” klubu Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışlar üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ölkə çempionu yeni mövsümə 27 futbolçu ilə başlayacaq.

Makedoniyalı baş məşqçi Qyoko Hacıyevskinin sərəncamında bütöv bir müdafiəçilər komandası da olacaq. Belə ki, 3 qapıçı, 7 yarımmüdafiəçi və 6 hücumçunu sifariş edən paytaxt təmsilçisi 11 müdafiəçiyə güvənəcək. Bakılılar həm də 11 ölkədən olan futbolçuları sıralarına qatıb. Azərbaycanla yanaşı, Xorvatiya, Braziliya, Rumıniyanın hərəsindən 3, Moldova, Gürcüstanın hərəsindən 2 oyunçu yer aldığı siyahıda Seneqal, Nigeriya, Serbiya, Bolqarıstan və Argentina futbolçularına da rast gəlmək mümkündür. Bu 18 legionerdən başqa daha bir braziliyalı Fabio Luis Ramim “milliləşdiyindən” Azərbaycan vətəndaşı sayılır.

Qapıçılar: 23.Xalidu Sissoko (28.08.1978), 1. Marko Şarliya (31.01.1982), 13.Aqil Məmmədov (01.05.1989).

Müdafiəçilər: 2.Rafael Barbosa (10.08.1983), 3. Rafael Əmirbəyov (23.02.1976), 4.Vadim Borets (05.09.1976), 5.Stevan Bates (29.11.1981), 6.Mihay Pank (07.04.1981), 14.Elvin Əliyev (21.08.1984), 15.Cəmşid Məhərrəmov (03.10.1983), 21.Aleksandar Tomovski (02.09.1978), 22.Səbuhi Həsənov (08.07.1987), 32.Aleksey Savinov (19.04.1979), 33.Saşa Yunisoğlu (18.12.1985).

Yarımmüdafiəçilər: 7.Mahmud Qurbanov (10.05.1973), 8.Ernad Skuliç (02.05.1980), 10.Amiran Muciri (20.02.1974), 20.Fabio Luis Ramim (10.04.1981), 29.Kristian Muskalu (03.10.1989), 55.Georgi Adamiya (10.03.1981), 77.Aleksandar Soliç (29.01.1981).

Hücumçular: 9.Felipe Almeyda Feliks (20.04.1985), 11.Danial İonel Oprita (10.08.1981), 12.Fernando Peres (11.09.1980), 17.Ticani Əhməd (10.10.1987), 27. Bəxtiyar Soltanov (21.06.1989), 85.Silvinyo Jao De Carvalyo (20.05.1981).
0