UEFA-dan AFFA-ya yeni məktub
17.08.2009 - 12:01
UEFA-dan AFFA-ya yeni məktub
UEFA-dan AFFA-nın ünvanına yeni məktub daxil olub. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” və Finlandiyanın “Honka” klubları arasındakı matçın yüksək səviyyədə təşkil olunduğundan, qitə futbol qurumu AFFA-ya minnətdarlıq edib.

Bundan əlavə, sənəddə klublarımızın qitə miqyaslı yarışlarda növbəti ev oyunlarının da təşkilati məsələlərinin assosiasiya tərəfindən həyata keçirilməsinin vacibliyi qeyd olunub. AFFA Avropa Liqasının dördüncü təsnifat mərhələsində avqustun 20-də “Bakı” - “Bazel”, ayın 27-də isə “Qarabağ” - “Tvente” matçlarını təşkil edəcək. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0