Yığmamızın futbolçularına pul mükafatı - FOTO
17.08.2009 - 12:19
Yığmamızın futbolçularına pul mükafatı - FOTO
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mükafatlandırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya rəhbərliyi yığma üzvləri ilə görüş keçirib.

Tədbir komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərənin Maynhid şəhərində keçirilən oyunlarda müvəffəqiyyətli çıxışına həsr olunub. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək, milli komandanı qazandığı qələbələr münasibətilə təbrik edib. O, Avropa çempionatının Superkubok oyunlarında da yığmamıza müvəffəqiyyət arzulayıb. Daha sonra milli komanda üzvlərinə pul mükafatı verilib.

Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsində yığmamız Almaniyaya 6:4, İngiltərəyə isə 4:3 hesabı ilə qalib gələrək, qrupda birinci yeri tutub.
0