Əhmədov dalda qaldı
17.08.2009 - 12:30
Əhmədov dalda qaldı
Azərbaycan Premyer Liqasının I turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş tutan 4 qarşılaşmada ən zəif idarəçilik Mingəçevirdə qeydə alınıb.

Doğma şəhərdə Premyer Liqa oyununa çıxan Rövşən Əhmədov “Qəbələ” - “Simurq” görüşünün qiymətinə əsasən, həmkarlarından geri qalıb. Turun ən yaxşı hakimi isə “Olimpik-Şüvəlan”la “Neftçi” arasında keçirilən paytaxt derbisini idarə edən FİFA hakimi Vüsal Əliyev olub.

"Muğan" - "Standard"
Anar Salmanov - 8,1, Azər Əsgərov - 8,0, İlham Əliyev - 8,0, Azad Mütəllimov - 8,0

"İnter" - "Karvan"
Fariz Yusifov - 8,1, Ramiz Əsədov - 8,0, Elman Musayev - 8,0, Elçin Məmmədov - 8,0

"Olimpik-Şüvəlan" - "Neftçi"
Vüsal Əliyev - 8,2, Vaqif Musayev - 8,0, Orxan Məmmədov - 8,0, Əfqan Həmzəyev - 8,0

"Qəbələ" - "Simurq"
Rövşən Əhmədov - 7,9, Roman Vasilyev - 8,1, Mehman Mahmudov - 8,1, Rasim Məmmədov - 8,0
0