“Bakı”nın əldən buraxdığı hücumçu dayanmaq bilmir
17.08.2009 - 13:26
“Bakı”nın əldən buraxdığı hücumçu dayanmaq bilmir
“Bakı” klubunun sabiq hücumçusu Uilyam Roşa Batista Azərbaycanı tərk etdikdən sonra hər oyun qol vurur. Apasport.az saytının məlumatına görə, Lvovun “Karpatı” klubunun şərəfini qoruyan 29 yaşlı hücumçu Ukrayna kubokunun yeni mövsümündə də debütünü qolla qeyd edib.

“Xarkov” klubu ilə səfər matçında 54-cü dəqiqədə mübarizəyə qoşulan Batistanın fərqlənməsi üçün cəmi 13 dəqiqə kifayət edib. O, 67-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyub - 5:1. “Bakı”ya məhz “Xarkov”dan gələn Batista bununla da, keçmiş komandasını cəzalandırıb.

Qeyd edək ki, Batista bir həftə əvvəl ölkə çempionatının “Zarya” ilə oyununda da sonradan meydana çıxaraq, 16 dəqiqəyə 2 qol vurmuşdu.
0