Derbidə sillə-təpik
17.08.2009 - 14:33
Derbidə sillə-təpik
Təkcə Argentinanın yox, dünyanın ən möhtəşəm derbilərindən sayılan “River Pleyt” və “Boka Xuniors” klubları arasında matçda yenə qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, budəfəki hadisələr adıçəkilən klubların gənclərdən ibarət komandalarının görüşündə baş verib.

Belə ki, epizodların birində hakimin “River Pleyt”in lehinə qərar verməsi, “Boka Xuniors”luların etirazına səbəb olub. Onlar uzun müddət hakimə öz etirazlarını bildiriblər. Əsəblərini cilovlaya bilməyən qonaq komandanın üzvləri hakimdən əl çəkdikdən sonra “River Pleyt”li futbolçularla mübahisəyə girişiblər.

İş o yerə çatıb ki, oyunçular bir-birlərinə sillə, yumruq, təpik vurmaqdan belə çəkinməyiblər. Gənc futbolçuları texniki heyət üzvlərinin və təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi sayəsində sakitləşdirmək mümkün olub.
0