Bakıya macar hakimlər gəlir
17.08.2009 - 14:10
Bakıya macar hakimlər gəlir
“Bakı” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsində ilk oyununu idarə edəcək hakimlər bəllidir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İsveçrənin “Bazel” klubu ilə avqustun 20-də Bakıda keçiriləcək qarşılaşma macarıstanlı hakimlərə həvalə olunub.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-də start götürəcək matçın baş hakimi 37 yaşlı Jolt Sabodur. Ona həmyerliləri Robert Kispal, Jolt Varqa və Yojef Berger yardım edəcəklər. Matçın hakim-inspektoru avstriyalı Frants Vörer, UEFA nümayəndəsi isə rumıniyalı Dimitru Mihalake olacaq.
0