Xudiyev hakimlərə qiymət verəcək
18.08.2009 - 10:05
Xudiyev hakimlərə qiymət verəcək
Azərbaycanlı hakim-inspektor Avropa Liqasının dördüncü təsnifat mərhələsinin oyununa təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Çexiyaya yollanacaq. O, yarışın cavab oyunları çərçivəsində Praqa “Sparta”sı ilə Sloveniyanın “Maribor” komandaları arasında keçiriləcək matçda hakimlərin işinə qiymət verəcək. Bu qarşılaşma avqustun 27-də gerçəkləşəcək.
0