Lənkərandan Yevlaxa qədər
18.08.2009 - 10:12
Lənkərandan Yevlaxa qədər
Azərbaycan Premyer Liqasının II turunun oyunlarının başlanma saatları müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu ölkənin daha 4 stadionunda yeni mövsümün açılışı olacaq.

Turun ilk qarşılaşması Lənkəranda baş tutacaq. “Xəzər-Lənkəran” kimi, mövsümdə birinci oyununu keçirəcək “Turan” isə “Neftçi”nin qonağı olacaq. “Simurq” və “Karvan” komandaları da doğma publika önünə ilk dəfə çıxacaq.

Qeyd edək ki, II turun "Bakı" - "Standard" və "Qarabağ" - "Qəbələ" oyunları meydan sahiblərinin Avropa Liqasının dördüncü təsnifat mərhələsində iştirak etməsinə görə təxirə salınıb.

21 avqust (cümə)
19:00. "Xəzər-Lənkəran" - "İnter"

22 avqust (şənbə)
18:00. "Neftçi" - "Turan"
20:00. "Simurq" - "Muğan"

23 avqust (bazar)
18:00. "Karvan" - "Olimpik-Şüvəlan"
0