“Tvente” - “Qarabağ” matçı futbolun yaradıcılarına tapşırıldı
18.08.2009 - 10:25
“Tvente” - “Qarabağ” matçı futbolun yaradıcılarına tapşırıldı
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təmsilçimizin avqustun 20-də Hollandiyada “Tvente” ilə görüşü ingiltərəli hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanı Andre Marriner idarə edəcək. Onun köməkçiləri Darren Kann, Endryu Neubold və Kevin Frend olacaq. Hakim-inspektor funksiyasını lüksemburqlu Jan Lemmer yerinə yetirəcək. Enshede şəhərində baş tutacaq matçın UEFA nümayəndəsi isə Qudmundur Peturssondur (İslandiya).
0