10 azərbaycanlı futbolçu Vilyarrealda
18.08.2009 - 10:48
10 azərbaycanlı futbolçu Vilyarrealda
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız bu gün start götürən Avropa çempionatının Superkubok oyunlarında 10 oyunçu ilə iştirak edəcək.

Avqustun 26-dək davam edəcək turnirə Elşad Quliyev, Elvin Quliyev, Elnur Əhmədov, Emin Kürdov, Müslüm Hüseynov, İlham Əzizzadə, Hikmət Bağırov, Elhad Nəziri, Ruslan Əliyev və Sahib Məmmədov yollanıb. Komandanı yarışa baş məşqçi Emil Cabbarov hazırlaşdırıb. Turnir Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində təşkil olunub.
0